Sudanın Cənubi Darfur əyalətində baş verən qarşıdurmalara görə 20 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. SİA xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat yayıb.“Son günlərdə Cənubi Darfurda baş verən qanlı toqquşmalarla bağlı xəbərlərdən dərin narahatıq”, - məlumatda deyilir.Təşkilat vəziyyəti yaxından izlədiyini və Cənubi Darfura humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün çalışdıqlarını vurğulayıb. Həmçinin toqquşmaların hazırda Şərqi Darfurdan Nyalaya yardımın çatdırılmasına mane olmasından təəssüf hissi ifadə edilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...