İyul ayında yaradılmış ABŞ-ın Pandemiyaya Hazırlıq və Cavab Siyasəti İdarəsi virusları mutasiya edərək yeni pandemiya hazırlayır. “Səs” qəzeti Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RHBZ) rəhbəri İqor Kirillov deyib.
“ABŞ-ın qlobal bioloji nəzarətin qurulmasında strateji planlarını həyata keçirməsi üçün növbəti addım Pandemiyaya Hazırlıq və Cavab Siyasəti İdarəsinin yaradılması oldu. Güman edilir ki, yeni struktur başqa bir qlobal fövqəladə vəziyyətə səbəb ola biləcək patogenlər də daxil olmaqla, məlum və naməlum bioloji çağırışlarla mübarizə üçün kursun təyin edilməsinə və hərəkətlərin əlaqələndirilməsinə cavabdeh olacaq”- o deyib.
Kirillovun sözlərinə görə, bu yolla ABŞ virus mutasiyalarını axtararaq yeni pandemiyaya hazırlaşmağa başlayıb: “Biz ABŞ-ın hücum məqsədləri üçün, eləcə də bioloji xarakterli böhran vəziyyətləri yaratmaqla qlobal idarəetmə məqsədləri üçün qondarma müdafiə texnologiyalarından istifadəsini istisna etmirik”.
Kirillov onu da əlavə edib ki, idarəetmənin prioritet istiqamətlərinə virusları və onların genetik modifikasiya olunmuş variantlarını dayandırmaq üçün vaksinlərin və dərmanların yaradılması, həmçinin bioistehsalda qabaqcıl texnologiyaların tətbiqi üzrə işlər daxildir.
"Bu struktura prezidentin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında Qlobal Sağlamlıq Təhlükəsizliyi və Biotəhlükəsizlik üzrə baş direktor, Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Pol Fridrixs rəhbərlik edəcək", - RCBZ rəhbəri yekunlaşdırıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...