ABŞ dövlət katibi Entoni Blinken, ABŞ-ın Əfqanıstandakı hakim “Taliban” arasında münasibətlərin yaxşılaşdırılmasının yalnız Kabil rejiminin əfqan qadınların hüquqlarına hörmətlə yanaşması müqabilində mümkün olacağını bildirib.SİA-nın əldə etdiyi məlumata görə, Blinken avqustun 15-də “Taliban”ın Kabili ələ keçirməsinin ikinci ildönümü ilə bağlı Vaşinqtonda jurnalistlərlə danışıb. Dövlət katibinin sözlərinə görə, Birləmiş Ştatlar “Taliban”ın xüsusilə qadınlar və qızlarla bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nəzarəti davam etdirir.“Biz “Taliban” liderlərinə və dünyanın onlarla ölkəsinə açıqladıq ki, Əfqanıstan rəhbərliyi ilə digər ölkələrin hökumətləri arasında münasibətlərin normallaşması qadınların və qızların hüquqlarına həqiqətən hörmət edildiyi zaman mümkün olacaq”.Blinken deyib bunu.Qeyd edək ki, dövlətlərin heç biri “Taliban” hökumətini tanımadı və ABŞ “Taliban” hakimiyyətə gəldikdən sonra qadınların vəziyyəti kəskin pisləşdiyi üçün Kabillə birbaşa iqtisadi əməkdaşlığa getmədi.Onu da qeyd edək ki, bu gün Əfqnıstanda qadınların yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarında işləməsi, qızların isə altıncı sinfi bitirdikdən sonra məktəbə getməsi qadağan edilib.Yeri gəlmişkən “Taliban” 2021-ci ilin avqustunda ABŞ-ın bu ölkədəki hərbi missiyasını başa vurduqdan sonra Əfqanıstanda nəzarəti bərpa edib. Prezident Cozef Bayden 2020-ci ilin fevralında “Taliban” və ABŞ-ın o zamankı prezidenti Donald Tramp administrasiyası arasında əldə edilmiş razılaşmanın şərtlərinə əsasən qoşunları geri çəkib.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...