Braziliyanın əksər ştatlarında genişmiqyaslı elektrik enerjisi kəsintisi yaşanıb. SİA xəbər verir ki, ölkənin milli operator şirkəti, eləcə də Mədən və Energetika Nazirliyi insidentin səbəbini açıqlamayıb.Məlumata görə, San-Pauluda elektrik problemi bir neçə metro xəttinə təsir edib. Şimal-şərqdəki Bahia ştatının paytaxtı Salvador şəhərində metro sərnişinləri relslər boyu gəzməyə məcbur olublar.Braziliyanın bir çox böyük şəhərlərində işıqforlar fəaliyyətini dayandırıb.Artıq ölkənin cənubunda, cənub-şərqində və qərbində elektrik enerjisinin verilişinin bərpa edildiyi bildirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...