İsveç hökuməti Ukraynaya 313 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayırmağa hazırlaşır. SİA xəbər verir ki, bu fikirlər İsveçin müdafiə naziri Paul Jonssona istinadən Qərb mediasında yer alıb.O, mətbuat konfransında bildirib ki, paketə “Leopard 2” tankları üçün sursat və ehtiyat hissələri, CV-90 piyada döyüş maşınları, “Archer” özüyeriyən artilleriya qurğuları, eləcə də hava hücumundan müdafiə sistemləri üçün minalardan təmizləmə avadanlıqları və sursatlar daxil olacaq.Nazir əlavə edib ki, hökumət artıq Ukraynaya 13-cü hərbi yardım paketini qəbul etmək üçün cümə axşamı İsveç parlamentində səsvermənin müsbət nəticələrinə ümid edir.KİV xatırladır ki, Kiyevə hərbi yardımın əvvəlki dəyəri 1,6 milyard dollar təşkil edib. İsveç Kiyevə “Archer” özüyeriyən silahları, ən azı 10 “Stridsvagn” əsas döyüş tankı, 122 “Leopard 2A5” tankı, “50 CV-90” piyada döyüşü göndərib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...