Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam bildirib ki, Koreya yarımadasında nüvə müharibəsi artıq ehtimal məsələsi deyil, onu kimin və nə vaxt başlayacağı məsələsidir. “Koreya yarımadasındakı nüvə müharibəsi artıq bunun olub-olmayacağı deyil, kimin və nə vaxt başlayacağı məsələsidir. ABŞ-ın və Koreya Respublikasındakı marionetlərin nüvə müharibəsi maniyası Koreya yarımadasını və Şimal-Şərqi Asiyanı yeni nüvə müharibəsi ocağına çevirir”, - Kanq Sun Nam XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının iştirakçılarına müraciətində bildirib.
May ayında Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Koreyanı gərginliyi nüvə müharibəsi həddinə çatdırmaqda ittiham edib. Keçən həftə Şimali Koreya lideri Koreya Xalq Ordusunun hazırlığının “hücum xarakterli” şəkildə artırılacağını bildirib. Avqustun 14-də o, “əzici hərbi güc” təmin etmək və müharibəyə hazır olmaq üçün raketlərin istehsalını artırmağı tapşırıb. Bu gün, avqustun 15-də Cənubi Koreya prezidenti Yun Sok Yeol nüvə silahından imtina müqabilində KXDR-ə humanitar yardım göstərmək təşəbbüsü üzərində işləməyə davam edəcəyini bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...