PDF Oxu

Dünya

  • 2 797

"NATO Ukraynanı qələbə çalana qədər dəstəkləyəcək"

"NATO Ukraynanı qələbə çalana qədər dəstəkləyəcək"

Şimali Atlantika Alyansı Ukraynanı qələbəyə qədər dəstəkləyəcək. Bu sözləri Osloda keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri avqustun 17-də TASS yayıb.Beləliklə, NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya Rusiya ilə hərbi münaqişədə qələbə çalana qədər dəstək vəd edib: “NATO Ukrayna qalib gələnə qədər onu dəstəkləyəcək”.Qeyd edək ki, Stoltenberq Kiyevin münaqişəyə son qoymaq üçün mümkün ərazi güzəştləri və Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı jurnalistlərin sualını da cavablandırıb.Ukraynanın əks-hücum əməliyyatını şərh edən Alyansın baş katibi vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə təmas xəttində vəziyyət “son dərəcə qeyri-müəyyən olaraq qalır”.Xatırladaq ki, avqustun 15-də NATO baş katibinin ofisinin rəhbəri Stian Yensen İsveçin VG nəşrinə, referendumların nəticələrinə görə artıq Rusiyanın tərkibinə daxil olmuş ərazilərdən imtina ediləcəyi təqdirdə Ukrayna NATO-ya üzv ola biləcəyini demişdi.Lakin bir qədər sonra NATO bu sözlərdən vaz keçdi və Yensen özü ərazilərin Rusiyaya verilməsi müqabilində Kiyevin Alyansa üzv olması ilə bağlı bəyanatını səhv adlandırdı.

A. Babayev

Digər xəbərlər