PDF Oxu

Dünya

  • 2 815

TB2 PUA: Rusiya özünü müdafiə edir, Ukrayna qazanır

TB2 PUA: Rusiya özünü müdafiə edir, Ukrayna qazanır

Türkiyə mətbuatı Rusiyanın Selçuk Bayraktarın TB2 Pilotsuz Uçuş Aparatlarına qarşı özünü müdafiə etdiyi təqdirdə, ukraynalı sənətçinın Baykarın hekayəsi ilə müsabiqə qalibi olmasından yazır.

BAYKAR İdarə Heyətinin sədri Selçuk Bayraktar, TB2 Pilotsuz Uçuş Aparatları və Baykar haqqında hekayəsini izah edən “Özdemir Bayraktar Milli Texnologiya Mərkəzi üçün İncəsənət Quraşdırması” müsabiqəsinin qalibi ukraynalı rəssam olub. Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyişdirən Bayraktar TB2 Pilotsuz Uçuş Aparatları dünyanın kabusuna çevrilib.

Qeyd olunur ki, Baykarın hekayəsini izah edən orijinal quraşdırma Özdemir Bayraktar Milli Texnologiya Mərkəzindəki Ar-Ge binasının qarşısında yer alır. Sözügedən ərazidə sərgilənməsi planlaşdırılan quraşdırma üçün Baykar tərəfindən beynəlxalq memarlıq layihə müsabiqəsi təşkil edilib. Ukraynalı rəssam Oleksandr Nikitenko Baykarın hekayəsindən bəhs edən “Özdəmir Bayraktar Milli Texnologiya Mərkəzi üçün İncəsənət Quraşdırması” müsabiqəsinin qalibi olub.

Müsabiqəyə Türkiyədən və xaricdən bir çox memar və rəssam öz layihələri ilə qatılıb. Baykarın rəsmi saytında yer alan məlumata görə, nəticələri 23 iyul 2022-ci ildə ictimaiyyətə açıqlanan “Özdəmir Bayraktar Milli Texnologiya Mərkəzi üçün İncəsənət Quraşdırması” müsabiqəsinin qalibi ukraynalı rəssam Oleksandr Nikitenko olub. Baykarın mövzu ilə bağlı açıqlamasında ”Müsabiqədə qalib gələn memar və rəssam Oleksandr Nikitenkonun quraşdırma işi orijinal və qeyri-ənənəvi dizaynı baxımından bizim dünəndən bu günə və gələcəyə gedən yolumuzu simvollaşdırır” deyilir. “Bayraktar TB2 Pilotsuz Uçuş Aparatları iştirak etdiyi hər döyüşdə oyunu dəyişdirən güc çarpanıdır. Bizim ikonik quyruq dizaynı quraşdırmanın əsas dizaynıdır” ifadələri də burada yer alır.

Baykarın verdiyi məlumata görə, quraşdırma işləri üç əsasla həyata keçirilib. Birincisi, əsərin orijinal dizaynıdır. Əsər Bayraktar pilotsuz uçuş aparatları vasitəsilə döyüş doktrinalarını dəyişdirən platformaları inkişaf etdirən Baykarın çətin yolundan ilham alaraq hazırlanmışdır. Digər tərəfdən, quraşdırma Baykarın bütün dünyadakı uğurlarına əsaslanır. Bu əsər həm də tamaşaçılara Baykarın haqsızlıqlara qarşı səmaya etibarlı şəkildə qalxan möhtəşəm bir qılınc olduğunu bildirir. Bundan əlavə, bu post-modern quraşdırmada Baykarın milli və xüsusi olaraq inkişaf etdirdiyi Bayraktar Pilotsuz Uçuş Aparatlarının axtarış-xilasetmə, kəşfiyyat və hücum kimi müxtəlif və çətin tapşırıqları uğurla yerinə yetirdiyi də əksini tapıb.

Vurğulanır ki, Türkiyənin hava hücumundan müdafiə şirkəti BAYKAR Teknoloji Ukraynanın Rusiyaya qarşı müdafiə cəbhəsində güclü varlıq nümayiş etdirir. Milli istehsal olan texnika Baykar tərəfindən hazırlanan Bayraktar Pilotsuz Uçuş Aparatlar Ukraynanın işğalçı dövlət Rusiyaya qarşı müqavimətinin simvoluna çevrilib. Rusiyanın hücumlarına qarşı müdafiə yaradan Bayraktar TB2 Pilotsuz Uçuş Aparatları Ukrayna vətəndaşları və səlahiyyətliləri tərəfindən böyük diqqət çəkir.

Bayraktar TB2 Pilotsuz Uçuş Aparatlar Ukrayna ordusu tərəfindən müdafiə məqsədilə fəal şəkildə istifadə olunur. Ukrayna, Litva, Polşa, Latviya, Norveç və Kanada ilə yanaşı, bir çox yerlərdə xalq tərəfindən Bayraktar TB2-lərin alınması və Ukrayna ordusuna bağışlanması üçün yardım kampaniyaları təşkil edilib. Məlumata görə Litva, Ukrayna və Polşadakı kampaniyalardan toplanan ianələri qəbul etməyən Baykar, Bayraktar TB2 Pilotsuz Uçuş Aparatlarının alınması üçün toplanan yardımı Ukrayna xalqının humanitar ehtiyaclarını qarşılamaq üçün bağışlayıb.

Tərcümə-Mətanət Məmmədova

Digər xəbərlər