Bu barədə Kanadanın Özünümüdafiə Dəniz Qüvvələri məlumat yayıb
Yaponiya, ABŞ və Kanada Sakit okeanda Kuril adalarının şərqindəki sulardan Honsyu adasının cənubundakı ərazilərə qədər uzanan zonada birgə hərbi dəniz təlimlərinə başlayıblar.SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kanadanın Özünümüdafiə Dəniz Qüvvələri məlumat yayıb.“Noble CHİNOOK” təlimi avqustun 28-də başa çatmalıdır. Yaponiya tərəfdən “Hyuga” helikopter daşıyıcısı, ABŞ-dan “Arleigh Burke” sinifli “Benfold” esminesi, Kanadadan “Halifax” sinifli Ottava və Vankuver freqatları və təchizat gəmisi “MV Asterix” təlimlərdə istifadə olunur.Açıqlamaya görə, təlimlərin məqsədi üç ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirməkdir. Xüsusilə dənizçilər yerüstü hədəfləri məhv etmək üçün bacarıqlarını tətbiq edirlər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...