Fransa devrilmiş prezident Məhəmməd Bazumun taleyi məlum olmayana qədər qoşunlarını Nigerdən çıxarmaq qərarı verməyəcək. Bu barədə “Al Arabiya” telekanalı Nigerin yeni siyasi isteblişmentindəki mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Bazumun taleyi hələ də müəyyənləşməyib. Paris və Niamey davamlı olaraq danışıqlar aparır, gündəm fransız artilleriyasının və aviasiyasının Afrika dövlətinin ərazisindən çıxarılmasıdır. Bundan əlavə, tərəflər Afrika Sahelinin Barkhane zonasında fəaliyyət göstərən fransız bölmələrinin çıxarılmasını müzakirə edirlər.
Sentyabrın 6-da telekanal xəbər verib ki, Nigerdə hakimiyyəti ələ keçirən hərbçilər Fransadan öz hərbi qulluqçularının ölkə ərazisindən çıxarılması üçün qrafik müəyyən etməyi tələb ediblər.
VƏLİ
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...