Hindistanın paytaxtı Yeni Dehlidə "Böyük İyirmiliy"in (G20) "Bir dünya, bir ailə, bir gələcək" adlı sammit başlayıb. SİA xəbər verir ki, hazırda Hindistan baş naziri Narendra Modi qonaqları qarşılayıb.
Toplantı 2 gün davam edəcək.
İclasda bir sıra qlobal məsələlərin, o cümlədən iqlim dəyişikliyinin, Ukraynadakı müharibənin, beynəlxalq təhlükəsizliyin müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.
Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...