PDF Oxu

Dünya

  • 3 024

Dominikan Haiti ilə sərhədi bağlamaqla hədələyir

Dominikan Haiti ilə sərhədi bağlamaqla hədələyir

Dominikan Respublikasının Prezidenti Luis Abinader iki ölkənin sərhədləri arasından keçən Masakre çayı üzərində kanal inşa edən qonşu ölkə Haitini sərhədini tamamilə bağlamaqla hədələyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Dominikan Respublikası hökumətindən verilən açıqlamada Haitinin Masakre çayı üzərində qurduğu kanalı dayandırmadığı təqdirdə quru sərhədinin bağlanacağı, həmçinin hava və dəniz ticarətinin də dayandırılacağı açıqlanıb.Dominikan Respublikasının Prezidenti Abinader keçən il verdiyi açıqlamada Haitidəki dəstə müharibələrini və ölkəyə sıx mühacir axınını əsas gətirərək sərhəddə 190 kilometrlik divar tikiləcəyini açıqlamışdı. Dominikan Respublikası ilə sərhədin bağlanacağı təqdirdə dərin iqtisadi və sosial böhranla mübarizə aparan Haiti iqtisadiyyatının böyük zərbə alacağı təxmin edilir.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər