ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ABŞ prezidenti Co Baydenə qarşı impiçment təhqiqatına başlandığını açıqlayıb. "Səs" qəzeti xarici mənbələrə istinadən xəbər verir ki, Bayden və ailəsinin korrupsiya sxemlərində əli olduğuna dair konkret dəlil olmasa da, MakKarti artıq toplanmış məlumatların “korrupsiya mədəniyyətinin şəklini çəkdiyini” söyləyib.
“Mən Nümayəndələr Palatasının komitələrinə prezident Co Baydenin impiçmentinə hazırlaşmaq üçün rəsmi araşdırma başlatmağa göstəriş verirəm. Bu məntiqli və ardıcıl addım bizim komitələrimizə faktları toplamaq və Amerika ictimaiyyətinə cavab vermək üçün tam səlahiyyət verəcək”, - deyə o bildirib.
Şübhələr əsasən Co Baydenin səlahiyyətlərindən oğlu Hunterin xeyrinə sui-istifadə etməsi ilə bağlıdır. Bundan əvvəl Punchbowl News yazmışdı ki, respublikaçı Makkarti Baydenə qarşı impiçment proseduruna başlamağa hazırdır. Bundan əvvəl ABŞ prezidenti Co Bayden ölkə konstitusiyasını pozmaqda ittiham olunub.
Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...
ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...
Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...
Ukraynanın təcrübəsi alyansı təlimlər zamanı taktikanı dəyişməyə məcbur edir...
Moskva Əfqanıstanla işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı razılığa gələ bilmədi...
Onların kitabı Kreml sistemi haqqında mifləri dağıdır...
Hindistanlı kahin Anand 2026-cı ilin payızında qlobal yenidən başlama proqnozu verdi…
Tramp bunu Nyu-Yorkun ilk müsəlman merinə xitabən deyib...
Donald Tramp Təzyiq olmadan aparılan danışıqlar heç bir nəticə verməyib...
...işğal olunmuş ərazilərdə baş verən fəlakətə görə: sakinlər elektrik enerjisinin, suyun çatışmazlığından və “kosmik” qiymətlərdən şikayətlənirlər
Kreml hakimiyyət şaqulinin harada uğursuzluğa düçar olmağa başladığını araşdırır...