Son üç ayda Türkiyədə 75 mindən çox qeyri-qanuni miqrant saxlanılıb, onların bəziləri artıq ölkədən çıxarılıb. SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.Nazirin sözlərinə görə, son 90 gündə ölkədə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə 1285 əməliyyat təşkil olunub: “İmmiqrant qaçaqmalçılığı fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən əməliyyatlar zamanı 2159 nəfər saxlanılıb. Onlardan 543-ü həbs edilib, 207 şübhəli barəsində isə məhkəmə qərarı çıxarılıb. Əməliyyatlar çərçivəsində ümumilikdə 75 min 442 qanunsuz miqrant saxlanılıb. 32 min 563 miqrant deportasiya edilib. Qalan qeyri-qanuni mühacirlərlə bağlı prosedurlar davam edir. Bu müddətdə İstanbulu 89 min 396 əcnəbi tərk edib”.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...