Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyan 3 ölkəni məhkəməyə verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna İqtisadiyyat Nazirliyi Polşa, Slovakiya və Macarıstana qarşı kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyduqları səbəbiylə Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia qaldırıldığını açıqlayıb.Bunun qəbuledilməz olduğu vurğulanıb və bu ölkələrin beynəlxalq öhdəliklərini pozduqları iddia edilib."Bəzi ölkələr Ukraynadan məhsul idxalına qadağa qoya bilməz. Ona görə də biz bu ölkələrə qarşı Ümumdünya Ticarət Təşkilatında iddia qaldırırıq. Eyni zamanda, ümid edirik ki, bu ölkələr məhdudiyyətləri qaldıracaqlar. Proses çox çəkməyəcək, həmrəyliyə və fermerlərin maraqlarının qorunmasına ehtiyacımız var”, - deyə Ukrayna İqtisadiyyat Nazirliyindən bildirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...