Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəklədiyini bəyan edib. SİA xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Nyu-Yorkda Xarici Əlaqələr Şurasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasını dəstəklədiyini bildirib.O qeyd edib ki, Böyük Britaniya Hindistan, Braziliya, Almaniya və Yaponiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi daxil edilməsini dəstəkləyir. O, həmçinin Afrikanın dünya səhnəsində daha güclü təmsil olunmağa layiq olduğunu vurğulayıb.Hazırda BMT Təhlükəsizlik Şurası beş daimi üzvdən - Rusiya , Böyük Britaniya, Çin , ABŞ və Fransadan ibarətdir və onların hər biri veto hüququna malikdir. Şuranın on qeyri-daimi üzvü coğrafi əsasda seçilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...