Nigerdəki hücumda ən azı 29 əsgər həlak olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hücumun cihadçılar tərəfindən həyata keçirildiyi güman edilir.Hücum Nigerdə iyulun sonunda başlayan böhrandan bəri ən böyük hücum olub.Qeyd edək ki, iyulun 26-da Niger Prezident Qvardiyasının bir qrup əsgəri qiyam qaldıraraq prezident Məhəmməd Bazumun istefaya göndərildiyini elan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Əbdürrəhman Çianinin başçılığı ilə Vətənin Qurtuluşu Milli Şurası yaradıldı. Çevriliş təşkilatçılarının qərarlarından biri də cihadçılara qarşı mübarizə çərçivəsində Fransa qoşunlarının yerləşdirilməsi və ölkədə mövcud olan hərbi qulluqçuların statusu ilə bağlı Fransa ilə hərbi müqavilələrin denonsasiyası olub. Sentyabrın əvvəlində Fransa cihadçılara qarşı mübarizədə istifadə edilən hərbi təyyarələrin bir hissəsini Nigerdən çıxarmaq niyyətində olduğunu açıqlayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...