Əfqanıstanın şimal-qərbində 6,4 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Bildirilib ki, zəlzələnin episentri əhalisi 272 min olan Herat şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Bundan başqa, Mərkəz, demək olar, eyni bölgədə 5 maqnitudalı afteşokun qeydə alındığını da açıqlayıb.Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.Xatırladaq ki, oktyabrın 7-də Herat yaxınlığındakı 6,3 bal gücündə zəlzələ nəticəsində 2 mindən çox adam ölüb, on minlərlə insan evsiz qalıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...