Britaniya İsrail hakimiyyətlərinə dəstək nümayişi olaraq Aralıq dənizinin şərqinə iki hərbi gəmi göndərəcək. SİA “The Times” qəzetinə istinadən xəbər verir ki, Kral Köməkçi Donanmasının doqquza qədər nəqliyyat və hücum helikopteri daşıya bilən RFA Argus və geniş eniş platforması olan RFA Lyme Bay gəmilərindən kəşfiyyat xarakterli uçuşlar yerinə yetiriləcək.Qeyd olunur ki, müşahidə uçuşları böyük ehtimalla Kiprdə yerləşən Akrotiri hərbi bazasından Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus RC-135 Rivet Joint kəşfiyyat təyyarəsi və Boeing P-8 Poseidon sualtı patrul təyyarəsi ilə həyata keçiriləcək.Xatırladaq ki, bundan əvvəl ABŞ rəsmiləri iki təyyarədaşıyan gəminin Aralıq dənizinə köçürüldüyünü açıqlamışdı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...