Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Anadolu magistralının Kocaeli hissəsində baş verib. 26 avtomobilin iştirakı ilə baş verən qəzada 2-si ağır olmaqla 13 nəfər xəstəxanaya yerləşdirilib.Hadisə yerinə polis, həkim və yanğınsöndürmə briqadaları cəlb edilib. Qəzaya görə magistralın İstanbul istiqaməti bir müddət nəqliyyatın hərəkəti üçün bağlı olub.Hadisəyə səbəb mazut yağı daşıyan avtomobildən yola dağılan yanacaq olub. Yolda sürüşkənlik yaradan yanacaq qəzanı qaçılmaz edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...