Kanada İranın 18 fiziki şəxs və 56 təşkilatını sanksiyalar siyahısına əlavə edib. SİA hökumətin saytında yerləşdirilən məlumata istinadən xəbər verir ki, onlar nüvə silahı və ballistik raketlərin istehsalı ilə əlaqəli ola bilərlər.“Bu, Kanadanın İran rejimini nüvə silahının yayılması və ballistik raket fəaliyyətinin əvəzini ödəməyə məcbur etmək üçün davam etdirdiyi səydir”, – sənəddə deyilib.Bundan əlavə, siyahıya İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”, İran Silahlı Qüvvələrinin elit bölmələri) və əlaqədar strukturların yüksək rütbəli nümayəndələri də daxil edilib.Açıqlamada deyilib ki, Kanada nüvə proqramı ilə bağlı Tehrana qarşı sanksiya siyasətini davam etdirəcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...