PDF Oxu

Dünya

  • 2 457

Blinken Qəzza zolağının gələcəyi ilə bağlı danışıb

Blinken Qəzza zolağının gələcəyi ilə bağlı danışıb

...HƏMAS yaraqlılarının yenidən İsrail ərazisinə hücum edə biləcəkləri Qəzza zolağındakı status-kvona qayıtmaq mümkün deyil. İsrailə qarşı gələcək hücumların qarşısını alacaq yeni mexanizm hazırlamaq lazımdır.SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken NBC telekanalının efirində jurnalistlərin İsrail tərəfinin Qəzza zolağı ilə bağlı strategiyasının nə olduğu və müharibə bitdikdən sonra Fələstin anklavına kimin nəzarət edib idarə edəcəyi ilə bağlı sualını cavablandırarkən deyib.“...Biz HƏMAS-ın etdiklərini təkrarlaya biləcəyi status-kvoya qayıda bilmərik”-deyən Amerika diplomatiyasının rəhbərinin sözlərinə görə, “yeni bir şey” tapmaq lazımdır.Eyni zamanda, Blinken əlavə edib ki, onun fikrincə, İsrail Qəzza zolağına nəzarəti bərqərar etmək fikrində deyil, o, bu ideyadan çoxdan vaz keçib.

Digər xəbərlər