PDF Oxu

Dünya

  • 3 183

Stoltenberq NATO ölkələrini silah istehsalını artırmağa çağırıb

Stoltenberq NATO ölkələrini silah istehsalını artırmağa çağırıb

NATO ölkələri dünyada daimi dəyişikliklər şəraitində müdafiə xərclərini və silah istehsalını uzunvədəli perspektivdə artırmalıdır. SİA xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq İsveçdə keçirilən müdafiə sənayesi forumunda deyib.“Geriyə, əvvəl olduğumuz yerə dönüş yoxdur. Zaman keçdikcə daha qeyri-sabit dünya ilə qarşılaşırıq. Uzunvədəli perspektivdə yaranan vəziyyətə adaptasiya olmalıyıq. Düşünürəm ki, müdafiə xərclərini artırmağa ehtiyac var”, - deyə Yens Stoltenberq bildirib.Onun sözlərinə görə, “müharibədən çəkindirmə və alyansın müdafiə potensialının gücləndirilməsi” üçün silah istehsalını artırmaq lazımdır və bunun üçün NATO-nun hərbi sənaye kompleksləri ilə əməkdaşlığı vacibdir.Yens Stoltenberq, eyni zamanda Şimali Atlantika Alyansı ölkələrinin lazımi miqdarda silah istehsalı üçün “ehtiyat gücünün” olmadığını etiraf edib.

Digər xəbərlər