PDF Oxu

Dünya

  • 3 252

Bolqarıstanda zavodda partlayış baş verib

Bolqarıstanda zavodda partlayış baş verib

Bolqarıstanda döyüş sursatı istehsal edən Vazovski maşınqayırma zavodunda partlayış baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.Məlumata görə, müəssisədə partlayıcılarla işləyərkən partlayış baş verib, nəticədə iki nəfər xəsarət alıb, onlardan biri, 33 yaşlı kişi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Qeyd edək ki, hadisə müəssisənin digər işçiləri üçün təhlükə yaratmayıb. Hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalar davam edir.

Digər xəbərlər