İsrail Ordusu Qəzza zolağından azad edilən bir qrup girovun İsrail ərazisinə doğru hərəkət etdiyi barədə Qırmızı Xaçdan bildiriş alıb. “Qırmızı Xaç Cəmiyyətindən alınan məlumata əsasən, hazırda 11 girov İsrail ərazisinə doğru hərəkət edir”, - deyə ordunun mətbuat xidmətinin bəyanatında bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 11 nəfəriin içində Nir Oz Kibbutsundan olan doqquz uşaq və iki qadın var.Qeyd edək ki, HƏMAS daha 20 girovu azad etmək üçün atəşkəsin uzadıldığını elan edib.Qətər Xarici İşlər Nazirliyinin mətbuat katibi Məcid əl-Ənsari atəşkəs razılaşmasının dördüncü gününün icrasını təsdiqləyib və 11 israilli girovun 33 fələstinli girov əvəzində sərbəst buraxıldığını bildirib.Xatırladaq ki, azad edilən israillilər 52 gün HƏMAS və “İslami Cihad” yaraqlılarının girovluğunda olublar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...