Polşa Ukrayna ilə sərhəddəki Uqrinov-Dolqobiçev keçid məntəqəsindən yük maşınlarının keçidini bərpa edib. SİA-nın məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti öz Telegram kanalında məlumat yayıb.“Saat 18:30-a olan məlumata görə, Uqrinov-Dolqobiçev keçid məntəqəsində elektrik enerjisinin verilişi bərpa olunub. Avtobusların və yükdaşıyan avtonəqliyyat vasitələrinin keçidi adi qaydada həyata keçirilir”, - deyə idarədən bildirilib.Bundan əvvəl Ukrayna Dövlət Sərhəd Xidməti məlumat vermişdi ki, Polşa sərhədçiləri bir sutka ərzində Uqrinov-Dolqobiçev keçid məntəqəsindən yük maşınlarının keçidini dayandırıblar. Səbəblər təmir işləri və keçid məntəqəsinin Polşa tərəfində elektrik enerjisinin kəsilməsi olub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...