İndoneziyanın ən aktiv vulkanı olan Merapi üç kilometr hündürlüyə kül püskürüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzinin rəhbəri Hendra Qunavan bildirib.Baş verən püskürmədən sonra dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.“Şərqə istiqamətlənmiş qalın intensivliyə malik boz kül sütunu müşahidə edilib. Vulkan püskürməsi hələ də davam edir”, - məlumatda deyilir.Qeyd olunur ki, əraziyə girişin məhdudlaşdırılması barədə də qərar qəbul edilib və kraterin ətrafındakı ərazidə qadağa zonası tətbiq edilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...