İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında 138 nəfəri girov saxlamağa davam etdiyini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti Silahlı Qüvvələrin nümayəndəsi Daniel Həqariyə istinadla məlumat yayıb.Onun sözlərinə görə, oktyabrın 7-dən itkin düşmüş hesab edilən bir nəfər hazırda HƏMAS-ın 138 girovu arasındadır. İsrail ordusunun bəyanatında deyilir ki, Qəzzada saxlanılanlar arasında 20 qadın və uşaq var.Qeyd edək ki, HƏMAS hərəkatı Misir və Qətərin vasitəçiliyi ilə İsraillə Qəzza zolağında noyabrın 24-dən 4 günlük humanitar atəşkəs haqqında razılığa gəlmişdi. Razılaşmada azad edilən hər bir qadın və uşaq girovunun müqabilində İsrailin üç fələstinli qadın və uşağı həbsdən azad etməsi nəzərdə tuturdu. Tərəflər atəşkəsi bir neçə dəfə uzadıblar, lakin dekabrın 1-i səhər saatlarında İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib və Qəzzada yenidən hərbi əməliyyatlara başlayacağını açıqlayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...