Brüsselin mərkəzində baş verən atışma nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb. SİA-nın məlumatına görə, bu barədə “Derniere Heure” qəzeti məlumat yayıb.Bütün yaralılar xəstəxanaya yerləşdirilib, polis hadisə yerini mühasirəyə alıb.Brüssel polisi nəşrə bildirib ki, atışma cinayət xarakteri daşıyır və terror izi istisna olunur.Hüquq-mühafizə orqanları atəş açan şəxsi axtarır, lakin hələlik onun haqqında məlumat yoxdur. Ehtimal olunur ki, silahlı insident narkotik alverçiləri arasında baş verib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...