PDF Oxu

Dünya

  • 3 037

Pilotsuz təyyarələr Moskva vilayətinə hücum edib

Pilotsuz təyyarələr Moskva vilayətinə hücum edib

Xəbər verildiyi kimi, pilotsuz təyyarələr Moskva vilayətində bir neçə hərbi hissəyə hücum edib. Bazanın məlumatına görə, pilotsuz təyyarələrin ehtimal olunan hədəfləri Alabino və Podolskdakı bölmələr olub.SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Alabino istiqamətində uçan ilk pilotsuz təyyarənin səhər saat 3:30-da kənddən üç kilometr aralıda “vurulub”. Bir saat sonra həmin ərazidə başqa bir pilotsuz təyyarə də “vurulub”.Bundan əlavə, səhər saat 5-ə yaxın pilotsuz təyyarə Podolskdakı hərbi hissəyə hücum etməyə cəhd edib. Rusiya mətbuatı hər hansı itkinin olmadığını bildirir.Qeyd edilməlidir ki, pilotsuz təyyarələrin digər ehtimal hədəfi Moskva vilayətinin Ramenski rayonundakı Volodarsk neft anbarı olub. Məhz elə buna görə də, gecə saatlarında işçilərin təxliyəsi elan edilib.Xatırladaq ki, dekabrın 14-nə keçən gecə Moskvaya irimiqyaslı pilotsuz təyyarə hücumu olmuş, pilotsuz təyyarələr dalğalarla uçmuşdu. Rusiya Federasiyasının Kaluqa vilayəti də hücuma məruz qalıb.

Digər xəbərlər