PDF Oxu

Dünya

  • 2 658

ABŞ Polşaya 224 milyonluq hərbi vasitə göndərir

ABŞ Polşaya 224 milyonluq hərbi vasitə göndərir

Dövlət Departamenti Polşaya 224 milyon dollar dəyərində hərbi rabitə avadanlığının və lazımi maddi-texniki təchizatın verilməsini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Pentaqonun müvafiq strukturu məlumat yayıb.Məlumata görə, Polşa hakimiyyəti ABŞ-dan avadanlıq, o cümlədən şəbəkə radiostansiyaları, SAASM qoruyucu modulu olan GPS qəbulediciləri, həmçinin köməkçi avadanlıq və ehtiyat hissələri istəyib. ABŞ həmçinin Polşaya logistika, təlim və texniki dəstək xidmətləri göstərəcək.

Digər xəbərlər