Sudanda aprel ayından bəri davam edən münaqişə zamanı 12,5 mindən çox insan həlak olub. SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.Məlumata görə, münaqişə zamanı 6,88 milyon sudanlı evlərini tərk edib. Onlardan 5,42 milyondan çoxu Sudan daxilində sığınacaq axtarır, 1,45 milyonu isə ölkəni tərk edib. 24,7 milyon sudanlının humanitar dəstəyə, 11 milyon insanın isə təcili tibbi yardıma ehtiyacı var.Bəzi bölgələrdə yoluxucu xəstəliklərin baş verdiyi bildirilir. Doqquz ştatda 6,939 vəba hadisəsi və xəstəlikdən 200 ölüm hadisəsi qeydə alınıb. 11 ştatda qızılca aşkarlanıb: 3557 nəfər xəstələnib, 105 nəfər ölüb. Denqe xəstəliyinin yayılması ilə bağlı xəbərlər 10 ştatdan gəlib: yoluxmaların sayı 6371-ə çatıb, 60 nəfər ölüb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...