PDF Oxu

Dünya

  • 3 926

İsrail 24 saat ərzində HƏMAS-ın 230 hədəfini vurub

İsrail 24 saat ərzində HƏMAS-ın 230 hədəfini vurub

İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında radikal HƏMAS qruplaşmasının azı 230 hədəfinə hücum edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.“Son 24 saat ərzində SAXAL-ın aviasiyası Qəzza zolağında təxminən 230 terrorçu hədəfinə zərbələr endirib”, - deyə SAXAL teleqram kanalında yazıb.Xüsusilə Xan Yunisdə İsrail ordusu İsrail ərazisinə yönəlmiş raket buraxılış qurğusunu məhv edib. İsrail qırıcısı, həmçinin HƏMAS üzvlərinin olduğu iqamətgahı vurub.Bundan əlavə, SAXAL Cəbaliyada HƏMAS-ın silahlarının aşkar edildiyi məktəbdən mülki şəxslərin təxliyəsi üçün əməliyyat keçirib.

Digər xəbərlər