Tailand hərbçiləri Andaman dənizindəki Bu-Bu adası yaxınlığında batan sürətli qayıqdan 73 nəfəri xilas edib. SİA xəbər verir ki, bu barədə Tailandın Milli Xəbərlər Bürosu məlumat yayıb. Yüksək dalğalar gəminin aşmasına səbəb olub. Tailand Hərbi Dəniz Qüvvələrinin 491-ci Xüsusi Təyinatlı Eskadrilyasının üzvləri qəza yerinə gəlib və sərnişinləri xilas ediblər.Hadisə nəticəsində 15-ə yaxın sərnişin yüngül bədən xəsarətləri alıb, onlara yaxınlıqdakı tibb müəssisəsində tibbi yardım göstərilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...