Yanvarın 6-da axşam saatlarında Rusiya qoşunları Donetsk vilayətinin Pokrovski rayonuna raket hücumu həyata keçirib. SİA-nın əldə etdiyi məlumata görə, bunu vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib....Şəxsi yaşayış binalarının atəşə tutulduğu bildirilir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, beşi uşaq olmaqla 11 nəfər həlak olub, daha 8 nəfər yaralanıb.Rəsminin sözlərinə görə, Rusiya ordusu S-300 raketlərindən istifadə edib. Əsas zərbə Pokrovsk (keçmiş Krasnoarmeysk) şəhərinə və Mirnoqrad icmasının Rivne kəndinə dəyib. Pokrovskda xilasetmə əməliyyatı davam edir, dağıntılar altında hələ də insanların olması ehtimal olunur.Qeyd edək ki, bundan əvvəl, şənbə günü səhər rus hərbçilərinin Pivniçnoe kəndinə hücum etdiyi bildirilmişdi. Filaşkinin sözlərinə görə, iki hava bombasının iki çoxmərtəbəli binaya düşməsi nəticəsində 63 yaşlı qadın dünyasını dəyişib.Sonradan zədələnmiş yaşayış binalarının fotoları da yayımlanıb.Bu arada Ukrayna prezidenti Vladimir Zelenski Pokrovskda insanların ölümünə münasibət bildirib. O, Rusiyanı yaşayış binalarına zərbələr endirməkdə günahlandırıb və deyib ki, Rusiya “heç bir belə zərbənin nəticəsiz baş verməyəcəyini hiss etməlidir”.Təbii ki, Rusiya tərəfi baş verənlərlə bağlı hələlik şərh verməyib. Amma, versə də bir qayda olaraq, Rusiya tərəfinin yalnız hərbi obyektləri atəşə tutduğunu bildirəcək.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...