Myanma rəhbərliyi 27 oktyabr 2023-cü ildə ordu qüvvələrinə qarşı hərəkətlərini davam etdirən silahlı qrupların Çin sərhədindəki Laukkaing bölgəsini ələ keçirdiklərini təsdiqləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Myanma Hərbi Hökumətinin sözçüsü general-mayor Zav Min Tun Çin sərhədindəki Laukkaing bölgəsi ilə bağlı mətbuata açıqlama verib. Sözçü Zaw aylardır döyüşən Myanma Milli Demokratik Alyans Ordusu (MNDAA), Arakan Ordusu və Taanq Milli Azadlıq Ordusu adlı silahlı qrupların Çin sərhədindəki Laukkaing bölgəsini ələ keçirdiklərini təsdiqləyib. Zav bildirib ki, hərbçilər Çinlə münasibətlər də daxil olmaqla bir çox məsələni nəzərdən keçirdikdən sonra Laukkaing üzərində nəzarətdən imtina ediblər. Myanma mətbuatında 20 dekabr 2023-cü ildə dərc olunan xəbərə görə, Laukkaing bölgəsindəki Yan Lon Kyaing Sərhəd Qapısı silahlı qruplar tərəfindən ələ keçirilən 5-ci keçid məntəqəsi olub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...