Kanadanın Arktika Şimal-Qərb ərazilərində kiçik sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 1 nəfər sağ qalıb. SİA xəbər verir ki, bu barədə yerli polisin açıqlamasında deyilib.Təyyarə çərşənbə axşamı Fort-Smit yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, iki ekipaj üzvü və dörd sərnişin həlak olub. Digər sərnişin yaralanıb və Fort-Smit xəstəxanasındadır. Onun vəziyyəti barədə məlumat yoxdur.Kanada Nəqliyyat Təhlükəsizliyi İdarəsi qəza ilə bağlı araşdırmalara başlayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...