İsrail hərbçiləri Qəzza zolağının Xan-Yunis şəhərindəki Əl-Əmal xəstəxanasında 20-yə yaxın fələstinli radikalı saxlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.“Bu həftənin əvvəlində Baş Təhlükəsizlik Xidmətinin və Kəşfiyyat İdarəsinin məlumatları əsasında “Givati” Briqadasının döyüş dəstəsi, 13-cü flotiliyanın (“Şayetet 13”, İsrail Hərbi Dəniz Qüvvələrinin xüsusi bölməsi - red.) və əlavə xüsusi qüvvələr Xan Yunusdakı Əl-Əmal xəstəxanasının içərisində gizlənən terrorçuların saxlanılması üçün operativ tədbirlər həyata keçirib. Əməliyyat zamanı İsrail qüvvələri xəstəxanada gizlənən, o cümlədən HƏMAS terror təşkilatının üzvləri də daxil olmaqla, 20-yə yaxın terrorçunu saxlayıb”, – məlumatda bildirilib.Hərbçilərin sözlərinə görə, saxlanılan şəxslər əlavə araşdırma üçün İsrailə göndəriliblər.
Vəziyyət 2014-cü ilin noyabr hadisələrini xatırladır…
Heç kim fırıldaqçıya inanmır...
Çeçen lideri Rusiyanın digər bölgələrində yaşayan çeçenləri müharibəyə göndərməklə hədələyib...
Kreml danışıqlardan təsir dairələrini yenidən bölüşdürmək üçün istifadə etmək istəyir...
Noyabr danışıqlarının pərdə arxasında nələr baş verir...
Neyron şəbəkələri insan gözünün nəyi qaçırdığını görməyi öyrənir...