PDF Oxu

Siyasət

  • 394

Şuşadan dünyaya əbədi birlik mesajı!

Şuşadan dünyaya əbədi birlik mesajı!

Prezident İlham ƏLİYEV: “Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar”

Azərbaycan Prezidenti İlham Əliyev dövlətçilik ənənələrini yaşadan, müdrik idarəetmə bacarığı ilə fərqlənən bir lider kimi tariximizin yeni səhifələrini yazdı. Müasir dünyamızda Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin qarantı, beynəlxalq arenada söz sahibi olan lider kimi ölkəmizin gələcəyini formalaşdırır. Onun rəhbərliyi ilə Azərbaycan güclü dövlətçilik ənənələrini daha da möhkəmləndirərək xalqın birlik və iradəsinin əsl təcəssümünə çevrilib. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Prezident İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Prezident İlham Əliyevin beynəlxalq münasibətlərə dair dərin bilikləri və çevik diplomatik manevrləri Azərbaycanın xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq aləmdə söz sahibi kimi tanınmasını təmin edib və Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərə geniş dəstək qazandırıb. Azərbaycan-Türkiyə münasibətləri bu gün dünya çapında xüsusi yer tutur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri və bunun Zəfər Günü ilə eyni vaxta təsadüf etməsi, Şuşada keçirilməsi və iki ölkə prezidentinin regionda sülh və əməkdaşlıqla bağlı mesajları əhəmiyyət daşıyır.

“PREZİDENTİN SIX QRAFİKİNƏ BAXMAYARAQ, BU ZƏFƏR GÜNÜNDƏ BURADA - QARABAĞDA OLMASI BÜTÜN DÜNYAYA BİZİM BİRLİYİMİZİ BİR DAHA GÖSTƏRİR”

“Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu, sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur.” Bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında söyləyib. “Bir daha demək istəyirəm ki, əziz qardaşım, hörmətli Prezidentin sıx qrafikinə baxmayaraq, bu Zəfər Günündə burada - Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Əminəm ki, bu birlik əbədi olacaq”, - deyə dövlətimizin başçısı əlavə edib. Şuşa kimi bir məkanda iki dövlət başçısının bir araya gəlməsi Azərbaycan–Türkiyə birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında səsləndirdiyi fikirlər bu birliyin mahiyyətini bir daha ortaya qoydu. “Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir”. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bu sözləri deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizin başçısı düz 6 il bundan əvvəl Şuşa şəhərinin erməni işğalından azad edildiyini və ondan bir gün sonra Ermənistanın rəsmən təslim olduğunu xatırladıb.

“DƏFƏLƏRLƏ DEMİŞƏM Kİ, DÜNYADA BİZİM QƏDƏR BİR-BİRİNƏ BAĞLI OLAN XALQLAR DA YOXDUR, DÖVLƏTLƏR DƏ YOXDUR”

44 günlük Vətən müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deyə bəyan etdi. Bu bəyanat Azərbaycana əlavə güc, ruh və inam verdi. Eyni zamanda, Türkiyənin bu qətiyyətli mövqeyi bütün dünyaya mesaj oldu. “44 gün ərzində Siz - əziz qardaşım və qardaş türk xalqı bizim yanımızda idi”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, müharibənin ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanat və onun telefon söhbəti bütün dünyaya qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu göstərdi. Dövlət başçımız onu da bildirib ki, 44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.

Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur”. Bu birlik dünyanın diqqətindən kənarda qalmadı. 2020-ci ilin dekabr ayının 10-da paytaxtımızda keçirilən Zəfər paradını da Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə izlədi. Bu, dostluğun əbədi simvolu idi.

“Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunlarına dair mətbuata bəyanatında deyib. Türkiyə lideri Ankaranın Azərbaycan torpaqlarının bərpası prosesinə imkanları daxilində töhfə verməyi davam etdirəcəyini vurğulayıb. O, Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb. “Altı il əvvəl İlham qardaşımın qətiyyətli liderliyi ilə bir olan Azərbaycan xalqı böyük qəhrəmanlıqla Qarabağı işğaldan azad etmişdir. Bu Şanlı Zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl nümunəsi və bütün Türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir. Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatmışdır. “Bir millət, iki dövlət” şüarı ilə tərif etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahlarımıza işıq tutan sönməz bir məşəldir. Qardaşlığımız ortaq dilin, tarixin və mədəniyyətin daha çox fövqündədir. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru bilməyimiz bundan irəli gəlir”, - deyə Türkiyə Prezidenti bildirib.

“BİZİM BİRLİYİMİZİ, QARDAŞLIĞIMIZI SARSITMAQ İSTƏYƏNLƏR İSƏ ÖZ ARZULARINA HEÇ VAXT ÇATMAYACAQ, ONLARIN ARZULARI ONLARIN GÖZLƏRİNDƏ QALACAQ”,

Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Əlbəttə ki, Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz dostluq və qardaşlığa söykənir, uğurla davam etdirilir. Əsrlər boyu Azərbaycan və Türkiyə həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Mövcud münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Dövlət başçımızın bildrdiyi kimi, bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir. “Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaq, onların arzuları onların gözlərində qalacaq”, - deyə dövlətimizin başçısı əlavə edib. Onu da bildirib ki, iki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın.

“TÜRKİYƏNİN GÜCLÜ İQTİSADİYYATI, GÜCLÜ SƏNAYE POTENSİALI, SİYASİ ÇƏKİSİ BU GÜN REALLIQDIR, BİZİ ÇOX SEVİNDİRİR VƏ BİZİ DƏ GÜCLƏNDİRİR”

Regionda yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb. Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi əhəmiyyətli rola malikdir. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə, eləcə də Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanır. Əminliklə bildirək ki, Azərbaycanla Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivləri, o cümlədən, tərəflərin siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsi münasibətlərin inkişafında əhəmiyyət kəsb edir. Bəyannamədə qeyd olunduğu kimi, öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən qardaş dövlətlər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

Sözügedən Sənəd bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını nümayiş etdirdi. Belə ki, Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi kimi məsələlər də yer alıb. Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə, türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsində əhəmiyyət kəsb edir. “Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür”, - deyə Prezident İlham Əliyev bildirib. Türkiyənin nəinki bölgədə gedən proseslərdə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərdə də söz sahibi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır, bizi çox sevindirir və bizi də gücləndirir”. Dövlət başçımız onu da bildirib ki, ikitərəfli əlaqələr haqqında danışarkən bir çox məsələlər haqqında danışa bilərik: “Bütün bu məsələlər bəllidir, siyasi, iqtisadi əlaqələr, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi - bütün bunlar bu gün geniş müzakirə olundu. Amma hesab edirəm ki, səfərin əsas nəticəsi məhz dediyim kimidir: “Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır”.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər