BMT Baş katibi Antoniu Quterriş dünya ölkələrinin ərzaq təhlükəsizliyi və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün pullar xərcləmək əvəzinə bu vəsaitlərin silahların alınması və işlənib hazırlanmasına sərf etməsindən narahatdır. O bu barədə BMT Təhlükəsizlik Şurasında iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi ilə bağlı açıq müzakirələr zamanı bildirib.
“Dövlətlərin ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və davamlı inkişaf üçün büdcələri kəsərkən silahlara böyük məbləğlər xərclədiyini görmək narahatedicidir. Biz aclıq, iqlim xaosu və münaqişə ilə onların beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdid arasında ölümcül əlaqəni qıra bilərik. Gəlin bunu reallığa çevirmək və aclıq və müharibə dəhşətlərindən azad, yaşana bilinən, davamlı gələcək qurmaq üçün addımlar ataq”, - A.Quterriş deyib.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...