Dünya

  • 5 775

Rusiya Donbass, Luqansk və Krımı tərk etməyəcək

image

Slovakiyanın baş naziri Robert Fiko “Hlavne spravy”yə müsahibəsində Rusiyanın Donbass, Luqansk və ya Krımı tərk edə biləcəyini “tamamilə qeyri-real” adlandırıb. “Əgər kimsə düşünürsə ki, yeganə çıxış yolu rusların olduqları sərhədə qayıdıb Krımı tərk etməsidir, bu, tamamilə qeyri-realdır. Biz indi malik olduğumuz yeni reallığa uyğunlaşmalıyıq”, - deyə Fiko bildirib.

Slovakiyanın baş naziri yenə də Ukraynaya yalnız humanitar yardımdan danışıb, siyasətçi münaqişənin hərbi yolla həllinə inanmır. "Rusların Donbass və Luqanski tərk edəcəyinə inanmaq sadəlövhlükdür, rusların Krımı tərk edəcəyini düşünmək sadəlövhlükdür", - Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.

Amerikalı jurnalist Taker Karlson Rusiya prezidenti Vladimir Putinlə müsahibədən sonra çəkdiyi videoda Rusiyanın Krımı verəcəyini ancaq dəlilərin düşünə biləcəyini bildirib. Bundan əlavə, Rusiya prezidenti Vladimir Putin Taker Karlsonla söhbətində 2014-cü ildə Kiyevdə baş verən çevriliş səbəbindən Rusiyanın Krımı himayə altına almaq məcburiyyətində qaldığını bildirib. Bundan başqa, eyni 2014-cü ildə Kiyev rejimi Donbassda müharibəyə başlayıb, Ukrayna Silahlı Qüvvələri mülki şəxslərə qarşı aviasiya və artilleriyadan istifadə edib, dövlət başçısı xatırladıb.

SƏBİNƏ

Digər xəbərlər