PDF Oxu

Dünya

  • 5 844

Yəməndə husilərə məxsus 5 PUA məhv edilib

Yəməndə husilərə məxsus 5 PUA məhv edilib

ABŞ Yəməndə İranın dəstəklədiyi husilərə məxsus 5 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı X sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.Açıqlamada, dünən husilərin nəzarətində olan bölgələrdən havaya qalxan 5 PUA-nın bölgədəki ticarət gəmiləri və ABŞ donanması üçün "qabaqda təhlükə" olaraq qiymətləndirildiyi bildirilib. Açıqlamada sözügedən PUA-ların Qırmızı dənizdə ABŞ təyyarələri və koalisiya gəmiləri tərəfindən məhv edildiyi qeyd edilib və naviqasiya azadlığının qorunacağı vurğulanıb.

Digər xəbərlər