Danimarka Ukraynaya 330 milyon dollar dəyərində növbəti hərbi yardım paketini açıqlayıb. Buraya “Caesar” özüyeriyən artilleriya qurğuları da daxildir.SİA xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Danimarka “Caesar” üçün Fransa ilə, 155 millimetrlik artilleriya mərmiləri üçün isə Estoniya və Çexiya ilə əməkdaşlıq çərçivəsində pul ayırıb."Artilleriya və minaatan sistemlərinə Ukraynada böyük tələbat var. Bu yardım paketi ilə biz Ukraynanın azadlığı uğrunda mübarizəyə mühüm töhfə veririk. Yardım müttəfiqlərimizlə əməkdaşlıq çərçivəsində həyata keçirilir və Ukraynanı dəstəklədiyimizə dair mühüm siqnaldır”, - məlumatda deyilir.Bu, artıq Danimarkanın Ukraynaya göstərdiyi 16-cı hərbi yardım paketidir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...