Dünya

  • 2 839

İsrail ordusu Livana zərbələr endirib

image

İsrail hərbçiləri Livandakı "Hizbullah" hədəflərinə hücum edib. Ordunun mətbuat xidmətinin məlumatına görə, bu, PUA-nın İsrail istiqamətində buraxılmasına cavab olub. İsrail ordusunun qeyd etdiyi kimi, pilotsuz təyyarələr Kfar Blum və Hanita yaşayış məntəqələri istiqamətində buraxılıb.

Cavab olaraq, İsrail Müdafiə Qüvvələrinin qırıcıları və artilleriyası Əl-Harayib, Vardiya və Xilat əd-Dəba bölgələrində Hizbullah terrorçularının hədəflərinə zərbələr endirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, məlumatda belə deyilir.

Bundan əvvəl İsrail və ABŞ İranın pilotsuz uçuş aparatlarının buraxılmasını təsdiqləyib.

İranın özü də İsrailə PUA-nın buraxılmasını təsdiqləyib və raket zərbəsi endirdiyini açıqlayıb.

Nazlı

Digər xəbərlər