Meksikada şəxsi helikopterin qəzaya uğraması nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza ilə bağlı araşdırmalara başlanılıb.Meksikanın paytaxtı Koyoakan bölgəsində qəzaya uğrayan helikopter alovlanıb. Hadisədə 3 nəfər həyatını itirib, əraziyə axtarış-xilasetmə qrupları sövq edilib.Şahidlərin sözlərinə görə, pilot helikopterin bazar meydanına çırpılmasının qarşısını almaq üçün son anda manevr edib. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Müəllif: Söylü Ağazadə
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...