Yaponiya özünü müdafiə qüvvələrinə məxsus 2 hərbi helikopterin dəniz üzərində təlim uçuşu zamanı toqquşması nəticəsində 1 nəfər ölüb, 7 nəfər itkin düşüb. SİA xəbər verir ki, hadisə aprelin 20-də axşam saatlarında "SH-60K" tipli helikopterlərin İzu adalar qrupu üzərində uçuşu zamanı baş verib. Yaponiyanın Müdafiə Nazirliyi dəniz qüvvələrinə aid olan helikopterlərlə əlaqənin yerli vaxtla saat 22:38-də kəsildiyini açıqlayıb. Ən qısa zamanda axtarış işlərinə başlanılıb. Hər birində 4 heyət üzvü olan helikopterlərin bir-biri ilə toqquşduğu bildirilir. Axtarış işlərinin gedişində bir nəfərin meyiti tapılıb. Bundan başqa, helikopterlərin hissələri də aşkarlanıb. Hazırda digər 7 nəfərin axtarışları davam edir.
Yaponiyanın müdafiə naziri Minoru Kihara bildirib ki, hadisədən sonra özünü müdafiə qüvvələrinin bütün "SH-60K" tipli helikopterlərinin uçuşu dayandırılıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...