ABŞ rəsmisi Suriyanın Həsəkə bölgəsində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi Harab əl-Cir bazasına İraq ərazisindən 5 raket atıldığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia Sudaninin ABŞ-a səfərindən bir neçə gün sonra İraq ərazisindən ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə hücum edilib. Dünən Suriyanın Həsəkə bölgəsindəki Harab əl-Cir bazasına edilən hücumdan sonra adı açıqlanmayan ABŞ rəsmisi İraq ərazisindən bazaya 5 raket atıldığını bildirib.İraq hökumətinə bağlı Media Təhlükəsizlik Şəbəkəsinin verdiyi açıqlamada ABŞ bazasına raket hücumundan sonra Mosul şəhərinin Suriya sərhədinə yaxın bölgələrində axtarış əməliyyatlarına başlanıldığı vurğulanıb. Açıqlamada, hücumda istifadə edilən reaktiv yaylım atəşinin hücumu həyata keçirən qeyri-qanuni qrupların zərərsizləşdirilməsi üçün bölgədə başladılan əməliyyat zamanı tapıldığı bildirilib.
Müəllif: Səbinə Hüseynli
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...