Bu gün Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilərin birinci turu keçirilir. SİA xəbər verir ki, seçki məntəqələri əsasən yerli vaxtla saat 08:00-da açılacaq və saat 18:00-a qədər açıq olacaqlar.
Bununla belə, bəzi şəhər və departamentlərdə məntəqələrin açılış saatları dəyişə bilər. Xüsusən də Paris də daxil olmaqla böyük şəhərlərdə seçicilər yerli vaxtla saat 20:00-a qədər səs verə biləcəklər
Qeyd edək ki, təxminən 68 milyon 400 min əhalisi olan ölkədə 49,5 milyon fransız seçici səs verəcək. Onlar 5 il müddətinə Milli Məclisdəki təmsilçiləri olan 577 deputatı seçəcəklər.
4 min 9 deputatlığa namizədin mübarizə apardığı seçkinin birinci turunda 12,5 faiz və daha çox səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştirak edə biləcək.
Parlamentdə mütləq çoxluğu əldə etmək üçün partiyalar və ya ittifaqlar 289 deputata çatmalıdır.
Seçkilərin ilk nəticələri yerli vaxtla saat 20:00-dan sonra gözlənilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...