Kiyevdə Obolon rayonuna Rusiyaya məxsus raketin qalıqlarının düşməsi nəticəsində azı 5 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə Kiyev şəhər meri Viralio Kliçko məlumat verib.Raket qalıqları Obolon bölgəsində çoxmərtəbəli binaya ziyan vurub. Kliçko bildirib ki, zədələnmiş evdən 10 sakin təxliyə edilib.“Hazırda beş zərərçəkən həkimə müraciət edib, onların hamısı stressə qarşı kəskin reaksiya ilə xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə yardım göstərilir”, - deyə Kliçko əlavə edib.Qeyd edək ki, iyunun 30-da axşam saatlarında Kiyev və şimal rayonlarında hava hücumu xəbərdarlığı elan edilib. Bundan sonra Hərbi Hava Qüvvələri Kiyevə doğru uçmaq ehtimalı olan qanadlı raketlə bağlı xəbərdarlıq edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...