ABŞ-ın Arkanzas ştatının Kamden şəhərində “General Dynamics Ordnance and Tactical Systems” müdafiə zavodunda partlayış baş verib. SİA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.Məlumata görə, partlayış nəticəsində azı iki nəfər yaralanıb, bir nəfər itkin düşüb.Zavodda 155 mm və 105 mm çaplı artilleriya mərmilərinin istehsal edildiyi bildirilir.“Biz hazırda fövqəladə hallar xidmətləri ilə işləyirik və insident nəticəsində ən azı iki nəfərin yaralandığını və bir nəfərin itkin düşdüyünü təsdiqləyə bilərik”, –deyə zavodun nümayəndəsi qeyd edib.Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...